Şəmkir rayonunda fəaliyyət göstərən "QIZILGÜL" şadlıq sarayı İlkin Yanğın söndürmə vasitələri ilə təmin edilməyib, manqalxanada tüstü bacaları təmizlənmir, təxliyə planı tərtib edilməyib, mətbəxdə propan qaz balonlarından istifadə edilir
20-12-2023, 11:00
125

Şəmkir rayonunda fəaliyyət göstərən "QIZILGÜL" şadlıq sarayı İlkin Yanğın söndürmə vasitələri ilə təmin edilməyib, manqalxanada tüstü bacaları təmizlənmir, təxliyə planı tərtib edilməyib, mətbəxdə propan qaz balonlarından istifadə edilir

Ölkəmizdə fəaliyyət göstərən şadlıq sarayları ictimai iaşə obyekti hesab edilir və hər bir vətəndaş şadlıq sarayının fəaliyyətində qanun pozuntularının olub olmaması barədə qanuni formada araşdırma apara bilər ki, bu da bizim hüququmuzdur. Çünkü bu şadlıq saraylarında biz və bizim yaxınlarımız toylarda
iştirak edirik.

Redaksiya olaraq bildirmək istəyirik ki, fəaliyyətində qanunsuzluq aşkarlanan şadlıq saraylarından biri də Şəmkir rayonunda fəaliyyət göstərən "QIZILGÜL"dür.

Sözügedən çadlıq sarayında qida təhlükəsizliyi sahəsində çox ciddi nöqsanlar var. Ən əsası isə Yanğın təhlükəsizliyi sahəsində çox ciddi nöqsanlar var. Belə ki, şadlıq sarayı İlkin Yanğın söndürmə vasitələri ilə təmin edilməyib, manqalxanada tüstü bacaları təmizlənmir, təxliyə planı tərtib edilməyib, mətbəxdə propan qaz balonlarından istifadə edilir.

Bəs bu şadlıq sarayı necə fəaliyyət göstərir? “QIZILGÜL” şadlıq sarayında yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilir. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edə bilər. Bu şadlıq sarayında toy zamanı baş verə biləcək yanğın hadisəsində çox sayda insan tələfatı ola bilər. Buna göz yumaq özü bir cinayətdir.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Fəaliyyətində ciddi nöqsanlar olan hər bir şadlıq sarayları araşdırılmalı, barələrində ciddi və lazimı tədbirlər görülməlidir.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər