Daşnaklar Xankəndində alovla “Artsaxı tanıyın” yazdı...-FOTO+VİDEO
6-04-2021, 10:38
90

Daşnaklar Xankəndində alovla “Artsaxı tanıyın” yazdı...-FOTO+VİDEO




Daşnaklar Xankəndində alovla “Artsaxı tanıyın” yazdı...-FOTO+VİDEO
“Laçın şəhərində maşından düşüb “Qarabağ- Azərbaycandır” hayqırsaq, yəqin, Rusiya sülhməramlıları(?) bizi yedindəcə güllələyər...”
 
Xankəndində Terrorçu “Daşnaksütyun”un Qarabağ təşkilatının gənclər şöbəsi Aprel döyüşlərinin ildönümü ilə bağlı tədbir keçirib. 
 
Erməni nəşrlərinin yaydığı məlumata görə, daşnaklar müxtəlif dillərdə Azərbaycan və Türkiyənin əleyhinə həyasız  yalan və böhtanlarlar bəyanat yayıblar. 
 
Terrorçu partiyanın Azərbaycan torpaqlarında sülənən üzvləri Xankəndi yaxınlığındakı “Biz və bizim dağlar”(“Baba-nənə”)  üzdəniraq abidəsinin önündə alovlardan  «Recognize Artsakh»(“Artsaxı tanıyın”) yazısını əks etdirərək onun  fonunda video-müraciət hazırlayıblar.
 
P.S. Laçın şəhərində maşından düşüb “Qarabağ- Azərbaycandır” hayqırsaq, yəqin, Rusiya sülhməramlıları(?) bizi  yerindəcə güllələyər...

 

Oxşar xəbərlər