Azərbaycanla Ermənistanın təkbətək görüşündən narahat olan ölkələr var: Təxribat gözlənilir?
8-12-2023, 14:00
28

Azərbaycanla Ermənistanın təkbətək görüşündən narahat olan ölkələr var: Təxribat gözlənilir?






Ötən gün humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini Ermənistan Respublikası isə 2 azərbaycanlı hərbçini azad edib.

Ehtiyatda olan general Yücel Karauz məsələ ilə bağlı Publika.az-a açıqlamasında qeyd edib ki, bu, sülh yolunda böyük addımdır:

“Bundan daha vacib məsələ iki dövlətin üçüncü dövlət olmadan danışması, razılaşmasıdır. Hər iki dövlət problemləri ortaya qoyub danışırsa, bu, sülhə gedən yolu tezləşdirir. İllərdir deyirik ki, sülhə xidmət edən, heç kimin müdaxiləsinə ehtiyac olmadan aparılan danışıq ən faydalı və realdır. Nəhayət, bu mərhələyə çatıldı. Həqiqətən də qarşılıqlı etimad və xoş niyyətlə həyata keçirilmiş bu fəaliyyət çox xoş mesaj verir. Çünki sülh yolunda həllini gözləyən problemlər var. Bu məsələlərin ən doğru, səmimi, aydın və qanunauyğun şəkildə həll edilməsi və ifadə olunması vacibdir.

Amma təbii ki, Ermənistanın davranışınlarını, mövqeyini tez-tez dəyişdirdiyinin şahidi olmuşuq. Ümid edirik ki, bu dəfə Ermənistan dəyişməyəcək. Öz qərarlarını özü verməyi seçəcək. Ümumiyyətlə, sülh masası hansı ölkədə qurulursa qurulsun, təxribat gözləniləndir.

Çünki iki dövlətin təkbətək görüşməsindən, qərar verməsidən narahat olan dövlətlər var. Ermənistanın daxili siyasətindəki olan çəkişmələr də sülh müqaviləsinə təsir edə bilər. Bir sözlə, təmkinli olmaq lazımdır. "Sülh müqaviləsi sabah imzalanacaq" deyə bilmərik. Ümid edirəm ki, prezident seçkilərinə, yəni fevrala qədər Cənubi Qafqaza sülh gələr”.

Oxşar xəbərlər