Blinken Konqresə zəng etdi: Azərbaycan Ermənistanın cənubunu götürəcək
14-10-2023, 16:24
28

Blinken Konqresə zəng etdi: Azərbaycan Ermənistanın cənubunu götürəcək



Ermənistan hər vəchlə Azərbaycanla sülh müqaviləsi bağlamaqdan imtina edir. 
Bəzi dövlətlərin əlində alətə çevrilən Ermənistan regionda vəziyyəti gərginləşdirir. Üstəlik, Ermənistanı alətə çevirən maraqlı dövlətlər də beynəlxalq müstəvidə Azərbaycana qarşı anti-təbliğatı dayandırmırlar. 
Publika.az xəbər verir ki, “Politico” da dərc olunan iddianı da bu qəbildən hesab etmək olar. Yazıda iddia olunur ki, guya ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 3-də telefon danışığında ABŞ Konqresinə Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənubunu tuta biləcəyi ilə bağlı xəbərdarlıq edib.
“Amerikanın Səsi”nin erməni xidməti “Politico”nun iddiası ilə bağlı ABŞ Dövlət Departamentinə sorğu göndərib.
Dövlət Departamenti cavab olaraq vurğulayıb ki, “Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan liderləri ilə ən yüksək səviyyədə əməkdaşlığı davam etdirir, hamının hüquqlarına hörmət edildiyi ləyaqətli və davamlı sülhə çalışır.
       
Gücdən istifadə qəbuledilməzdir və uzun müddətdir davam edən münaqişənin həlli üçün birbaşa dialoq vacibdir”.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Ermənistanla ən qısa zamanda sülh müqaviləsi imzalanmalıdır. Bunun üçün ən müxtəlif masalar da təklif olunur. Amma Ermənistan bu təklifləri qəbul etmir. Belə bir məqamda bu cür məlumatın yayılması Ermənistanı alətə çevirən qüvvəlin hər hansı bir planının olmasından xəbər verir.

Oxşar xəbərlər