Ukraynada müharibə bu tarixdə bitə bilər - YENİ PROQNOZ
27-11-2023, 10:09
40

Ukraynada müharibə bu tarixdə bitə bilər - YENİ PROQNOZ





"Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin fevralına qədər Rusiya ilə münaqişədə öz mövqeyini qoruya bilməyəcək"

Publika.az xəbər verir ki, bunu Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin ( MKİ ) keçmiş analitiki Larri Conson "Dialogue works" "YouTube" kanalına müsahibəsində deyib.

"Ukrayna yanvarın sonuna, bəlkə də fevrala qədər münaqişədə qalacaq", - ekspert proqnozlaşdırıb.

Consonun sözlərinə görə, bu proqnoz üçün əsas amil Qərb ölkələrinin Kiyevə maliyyə yardımı davam etmək istəməməsi olub.

"Respublikanın müttəfiqlərinin şifahi vədləri heç də həmişə reallığa uyğun gəlmir və müdafiə təchizatının davam etdirilməsinə zəmanət vermir", - sabiq kəşfiyyatçı deyib.

O, həmçinin qeyd edib ki, ABŞ hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin aşkar uğursuzluğuna baxmayaraq, öz hərəkətlərinin düzgünlüyünü kor-koranə müdafiə etməkdə davam edir.

Sentyabrda Conson bildirmişdi ki, Rusiya Federasiyası Ukrayna Silahlı Qüvvələrinin imkanlarını tükəndikdə ona qarşı böyük hücuma keçəcək.

Oxşar xəbərlər