Nikoldan separatçılara zərbə: qondarma “artsax”a icazə verilmir
4-11-2023, 15:13
80

Nikoldan separatçılara zərbə: qondarma “artsax”a icazə verilmir




Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə Qarabağ, eləcə də erməni əhalisinin Qarabağa qayıdışı məsələsi daxil deyil.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin xüsusi nümayəndəsi Edmon Marukyan deyib.

Onun sözlərinə görə, erməni əhalisinin geri qayıtmaq hüququq qalır, lakin bu məsələ sülh danışıqlarına daxil deyil: “Bu, ayrı mövzu olaraq müzakirə edilə bilər”.

Paşinyanın nümayəndəsi separatçıların qondarma “artsax”ı Ermənistan ərazisində saxlamasının mümkün olmadığını da vurğulayıb.

“Ermənistanın milli təhlükəsizliyi kontekstində belə qurumların (qondarma “artsax”ın “qurumları”-red) formalaşdırılması, yaxud saxlanılması düzgün deyil. “Mühacir hökumətlər” olub, ola bilər, lakin bunun Ermənistanla heç bir əlaqəsi yoxdur”, - deyən Marukyan separatçıların Ermənistan ərazisində də mövcudluğuna icazə verilməyəcəyi mesajını çatdırıb.

Oxşar xəbərlər