Araik Bakıya müharibə elan etdi - Qarabağda hücum hazırlığı
24-05-2023, 10:47
26

Araik Bakıya müharibə elan etdi - Qarabağda hücum hazırlığı





Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına dair bəyanatından sonra Xankəndidəki separatçılar etirazlara başlayıb.

Publika.az xəbər verir ki, erməni baş nazirə etiraz edən separatçılar Azərbaycana tabe olmayacaqlarını bəyan edirlər.

Baş separatçı Araik Arutyunyanın dünən yaydığı qondarma bəyanat Azərbaycana qarşı müharibəyə hazırlıq kimi də qəbul edilə bilər. Arutyunyan açıq şəkildə bildirir ki, Azərbaycanın tərkibində heç vaxt yaşamayacaqlar, hətta Bakı və İrəvan sülh müqaviləsi imzalasa da, bunu qəbul etməyəcəklər. Araikin bəyanatı separatçıların Qarabağdakı erməni əhalisinin reinteqrasiya olunmasının da qarşısısını alacaqlarını deməyə əsas verir.

Bu vəziyyətdə separatçıların bundan sonra hansı istiqamətdə hərəkət edəcəkləri məsələsi də önə çıxarır və belə görünür ki, onlar öz mövqelərini davam etdirmək üçün növbəti mərhələdə “silahlı müqavimət” təşkil edəcəklər. Bu “silahlı müqavimətə” qanunsuz erməni silahlı dəstələri ilə yanaşı, erməni əhalisinin də cəlb ediləcəyi ehtimalı var. Son dövrlər atılan bir neçə addım da separatçıların təxribatlara hazırlaşdığı gözləntisini artırır:

- Silahlı dəstələrini gücləndirmə istiqamətində addımlar atırlar;
- Xocalıda rus sülhməramlılarının müşaiyəti altında hərbi təlimlərə başlayıblar;
- Cinayətkarları azad edərək, əllərinə silah vermək istəyirlər;

Separatçıların Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyi bəllidir. Lakin burada məqsəd qarşıdurma, xüsusilə əhalinin zərər görəcəyi vəziyyətin yaradılması ilə reinteqrasiya prosesinin başlanması perspektivini baltalamaq, həm də beynəlxalq ictimaiyyətdə “erməni əhalisi Azərbaycanla birlikdə yaşamaq istəmir” rəyini yaratmaqdır

Oxşar xəbərlər