Prezident: Azərbaycan və Gürcüstan bir-birini dəstəkləyir və bir-birinin yanındadır
9-10-2023, 09:39
19

Prezident: Azərbaycan və Gürcüstan bir-birini dəstəkləyir və bir-birinin yanındadır




“Baş nazirin qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləmişik və dəstəkləyirik”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, beynəlxalq təşkilatlarda da Azərbaycan və Gürcüstan xalqlarımızın maraqlarını əks etdirən məsələlərdə bir-birini dəstəkləyir və bir-birinin yanındadır: “Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyünün pozulması qəbuledilməzdir və Azərbaycanın bu məsələylə bağlı mövqeyi birmənalıdır”.

Oxşar xəbərlər