
Ölkə / Cəmiyyət
5-10-2023, 21:38
254
Şəmsi Səmədoğlu sahibkarlıq sahəsində öz işinin öhtəsindən layiqincə və vicdanla gələn bir insandır

Bu gün haqqında bəhs etmək istədiyimiz növbəti ziyalı insan Şəmsi Səmədzadədir.
Bir müddət bundan öncə Şəmsi müəllimin fəaliyyət göstərdiyi ərazidə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, o, üzərinə düşən sahibkarlıq vəzifəsini lazımınca yerinə yetirən, ələlxüsus hər zaman sadə sakinlərin yanında olan şəxsdir.
Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən kənd sakinlərinin rəğbət hissini qazanan Şəmsi müəllimin adı hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir.
O, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran bir sahibkardır. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, o, özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən insamdır ki, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir.
Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən bir insandır.
Bu gün “Göyçə” holding və “Səmədoğlu Atatürk” şirkəti kənd Təsərrüfatı sahəsində, həmçinin heyvandarlıq və südçülük sahəsində daha müasir texnologiyalardan istifadə edir. Şirkət bu sahələr ilə yanaşı həmçinin quşçuluq sahəsi ilə də məşğul olur.
Sonda onu da bildirmək istəyirik ki, hazırki dövrdə digər sahələrdə olduğu kimi, sahibkarlıq sahəsində də Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, sahibkarlıq sahəsi sürətlə müasirləşir və bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır.
Əziz və dəyərli Şəmsi Səmədoğlu! Sizə uzun ömür, can sağlığı və çox məsuliyyətli, bir o qədər də şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Yolunuz açıq, ömrünüz uzun olsun!