Politoloq: “İrəvan istəyir ki, Qarabağın erməni əhalisi beynəlxalq strukturun qanunu altında yaşasın” - VİDEO
28-08-2023, 14:25
2

Politoloq: “İrəvan istəyir ki, Qarabağın erməni əhalisi beynəlxalq strukturun qanunu altında yaşasın” - VİDEO




“BMT Təhlükəsizlik Şurası çox vacib bir mərhələ idi, uğursuz oldu, lakin onlar eyni istiqamətdə gedəcəklər. Nəticədə onlar Qarabağı Azərbaycanın bir hissəsi olduğunu rəsmən tanımaq istəyirlər”.  

Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Ermənistanın təşəbbüsü ilə bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının Laçın yolu ətrafındakı vəziyyətlə bağlı keçirilən iclası barədə danışarkən deyib.

Politoloq bildirib ki, buna baxmayaraq, onlar Qarabağ ərazisində yaşayan erməni sakinlərin Azərbaycan hökumətinin qayda-qanunu ilə deyil, hansısa başqa, Ermənistanla dost münasibətlərində olan beynəlxalq strukturun qanunları altında yaşamasına nail olmaq istəyirlər:

“Məsələn, Fransa kimi beynəlxalq aləmdə ermənipərəst maraqlarını nümayiş etdirən bir ölkə olsun. Hesab edirəm ki, Nikol Paşinyan və Emmanuel Makronun bu ssenarini həyata keçirmək üçün planları var. Bunu həyata keçirmək üçün “humanitar fəlakəti” simulyasiya etmək qərarına gəliblər”.

Daha ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər