Zaqatalada bir yaşlı uşağın əli ətçəkən maşında qaldı
7-08-2023, 13:00
27

Zaqatalada bir yaşlı uşağın əli ətçəkən maşında qaldı


Zaqatalada bir yaşlı uşağın əli ətçəkən maşında qalıb.

Lent.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, bir yaşlı Ayxan Kazım oğlu Vəliyevin sağ əli ətçəkən maşında qalıb. Körpənin əlini ətçəkən maşından çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasedicilərdən ibarət qrupu cəlb edilib.

Xilasedicilər tərəfindən körpənin əli ətçəkən maşından çıxarılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) həkim briqadasına aidiyyəti üzrə təhvil verilib.

Hazırda A.Vəliyevin əli üzərində cərrahiyyə əməliyyatı aparılır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər