Küləkli və yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
25-07-2023, 10:44
28

Küləkli və yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?




Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Oxşar xəbərlər