Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ
24-10-2022, 18:07
46

Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i gündüzdən 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq.
 
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Azərbaycanın rayonlarında oktyabrın 25-i gündüzdən 27-si gündüzədək əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Oxşar xəbərlər