Brüsseldə keçiriləcək üçtərəfli görüşün günü və saatı açıqlandı
14-07-2023, 11:38
41

Brüsseldə keçiriləcək üçtərəfli görüşün günü və saatı açıqlandı


Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.

Bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alır.

Qeyd olunub ki, görüş yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacaq.  

Bundan əvvəl bildirilirdi ki, görüş iyulun 21-də keçiriləcək.

Oxşar xəbərlər