
Ölkə / İqtisadiyyat
7-06-2023, 14:17
18
Türkiyə lirəsi rekord həddə ucuzlaşdı

Türkiyə valyutası bu gün növbəti dəfə rekord həddə ucuzlaşıb.
Xarici valyutaya güclü tələbin təzyiqi altında səhər saatlarında lirə 3,22% ucuzlaşaraq bir dollar üçün 22,266 lirə olub.
Bu ilin əvvəlindən onun dəyərinin ümumi azalması 15,5%-ə çatıb.
Dollar qarşısında əvvəlki rekord ötən həftə qeydə alınıb. Həmin vaxt ABŞ valyutasının məzənnəsi 21,8 lirə olub.