
Bölgələrdə mənşəyi bəlli olmayan kolbasa satılır
Dünyanın hər yerində ekoloji tarazlığın pozulduğu və qarşısıalınmaz ağır xəstəliklərin, mənşəyi məlum olmayan virusların çoxaldığı bir vaxtda, nədənsə, Bakı şəhərində fəaliyyət göstərən bazarətrafı qanunsuz küçə ticarəti hələ də davam etməkdədir.
Paytaxtın müxtəlif ərazilərdə bəlkə də çoxlarımızın qarşısına insanı təəccübləndirə biləcək qədər ucuz qiymətə kolbasa satışı həyata keçirilir. Maraqlıdır ki, görəsən, bu kolbasaları marketdə satılan kolbasalardan nə fərqləndirir ki, bu qədər ucuz qiymətə satılır?
Ev şəraitində hazırlanan və mənşəyi bəlli olmayan bu məhsulların satışı həyata keçirilir. Həmin kolbasa və sosiskaların insan həyati üçün çox təhlükəli olduğunu bildirirlər.
Nəzərinizə onu da çatdırmaq istəyirik ki, mənşəyi bəlli olmayan ev şəraitində hazırlanan kolbasa satılan bir yeri də bizim redaksiyamız aşkar etmişdir. Kolbasanı hazırlayan İlya adlı şəxsdir. İsmayıllı rayon İvanovka qəsəbəsində fəaliyyət göstərir. Kolbasanı özü ev şəraitində hazırlayır, mənşəyi bəlli olmayan qidalardan istifadə edir.
Qeyd edək ki, ölkədə kiloqramı 7 manata olan ət var. Bu ət qocalmış heyvan ətləridir və yalnız kolbasa üçün yarayır. Lakin kolbasa istehsal edən müəssisələrin və sahibkarların çoxu bu ətdən yox, mənşəyi məlum olmayan xaricdən gətirilmiş keyfiyyətsiz ətdən istifadə edirlər”.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Mənşəyi bəlli olmayan ət və ət məhsullarından hazırlanan kolbasa satılan obyektlər ciddi araşdırılsın və sahibləri lazımi qaydada cəzalandırılsın.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.