İldırım vurması nəticəsində həlak olan hərbçiyə şəhid statusu veriləcək - RƏSMİ
24-05-2023, 17:56
21

İldırım vurması nəticəsində həlak olan hərbçiyə şəhid statusu veriləcək - RƏSMİ


Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

“Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək”, - qurumdan bildirilib.

Oxşar xəbərlər