Sənanın “şəhid ailəsi” statusu ilə bağlı müraciətinə YEKUN CAVAB
1-11-2022, 10:09
40

Sənanın “şəhid ailəsi” statusu ilə bağlı müraciətinə YEKUN CAVAB

Sənanın “şəhid ailəsi” statusu ilə bağlı müraciətinə YEKUN CAVAB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova şəhid ailəsi statusunun verilməsi ilə bağlı müraciətə təkrar baxılıb.
 
Bu barədə  şəhidin qardaşı Sənan Əhmədov məlumat verib.
 
S.Əhmədov bildirib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyindən ona yekun cavab göndərilib:
 
“İdarə Heyətinin sədr müavini Pərviz Səfərovun imzaladığı sənədə əsasən, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1.4-cü yarımbəndində nəzərdə tutulan şəhidin uşaq evində böyüyən bacıları və qardaşları, həmin qaydaların 2.1.6-cı yarımbəndinə əsasən əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək şəhid ailəsi üzvü hesab edilirlər”. 
 
Sənan Əhmədov qeyd edib ki, o, nə ev, nə maşın, nə də pul istəyib: “Şəhid qardaşıma görə şəhid ailəsi statusu istədim, məni şəhid ailəsi hesab etmədilər”.
 

Oxşar xəbərlər