Ordumuzun əsgəri faciəvi şəkildə öldü
24-05-2023, 10:48
19

Ordumuzun əsgəri faciəvi şəkildə öldü




Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini ildırım vuraraq öldürüb.

Publika.az xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər