Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub
22-05-2023, 10:45
20

Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub





İstoçno-Sarayevoda (Bosniya və Herseqovina) cüdo üzrə açıq Avropa Kuboku başa çatmaq üzrədir.

İkinci yarış günündə Azərbaycan idmançısı Məhərrəm İmamverdiyev (81 kq) finala gedən yolda Mateuş Saliş (Polşa), Ari Vinkler (İsrail), Mo Van Dum (Niderland) və Botond Totu (Macarıstan) məğlub edib.

Həlledici görüşdə M.İmamverdiyev Niderland idmançısı Koen Van Vindendən güclü olduğunu sübut edərək, turnirin qalibi olub.

Oxşar xəbərlər