Xarici taksi şirkətləri casusluq edirlər? - VİDEO
19-05-2023, 10:35
26

Xarici taksi şirkətləri casusluq edirlər? - VİDEO

Beynəlxalq taksi şirkətləri Azərbaycan qanunvericiliyini pozurlar.

Xezerxeber.az xəbər verir ki, söhbət bu şirkətlərin xidmətlərindən istifadə edərkən müştərilərin qeydiyyat zamanı təqdim etdiyi fərdi məlumatların ölkə xaricində yerləşən məlumat bazalarında toplanmasından gedir.

Azərbaycanda mövcud olan “fərdi məlumatlar haqqında qanun”a əsasən isə həmin informasiyanın ölkə xaricinə çıxarılması yolverilməzdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, məsələ ilə bağlı taksi şirkətləri ilə görüş keçirilib. Şirkətlərə qanunun tələblərinə riayət edilməsinin vacibliyi çatdırılıb.

Taksi şirkətlərindən bildirilib ki, onlar müştəridən xüsusi qorunmalı olan hansısa məlumat tələb etmirlər.

Taksi şirkətləri ilə iclasda başqa mövzular da müzakirə olunub. Qeyd olunub ki, taksi minik avtomobilləri yalnız 3 müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri də yerləşdirilməlidir.

Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.

Daha ətraflı süjetdə:

Oxşar xəbərlər