Qatar taksini vurub - VİDEO
6-12-2022, 09:54
58

Qatar taksini vurub - VİDEO




Moskva yaxınlığındakı İvanteyevka platformasında elektrik qatarı dəmir yolu keçidinə çıxan taksini vurub.
Hadisə videoya çəkilib, görüntüləri "112" Telegram kanalı yayıb.
Görünən videoda taksi sürücüsünün gecə saatlarında xəbərdarlıq işarələrinə baxmayaraq dəmiryol relslərinə necə çıxdığını görmək olar. Bu zaman maşın yoldan keçən qatara çırpılıb.
Sonradan məlum olub ki, sərnişin və taksi sürücüsü xəstəxanaya aparılıb. REN TV xəbər verib ki, hər ikisi reanimasiyadadır, həkimlər taksi sürücüsünün vəziyyətini ağır qiymətləndiriblər.

Oxşar xəbərlər