Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb - Bakıda qəribə hadisə - VİDEO
30-01-2023, 10:37
58

Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb - Bakıda qəribə hadisə - VİDEO




Bakıda 4 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 17 nəfərin qeydiyyatda olduğu məlum olub. Ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.
Bu problemlə Binəqədi rayonu, Xocəsən qəsəbə sakini Emin Hüseynov qarşılaşıb.
Onun sözlərinə görə, son dəfə 4-5 il əvvəl arayış alarkən yaşadığı Həmid Sultanov küçəsi ev 24-də yoldaşı, iki oğlu və özü qeydiyyatda olub. Amma bir neçə gün əvvəl öyrənib ki, onlardan başqa şəxslər də həmin evdə qeydiyyatdadırlar. 17 nəfərin necə və nə zaman qeydiyyata düşməsi haqqında ev sahibinin məlumatı yoxdur.

Oxşar xəbərlər