Təbii ki, Vəfa Şərifovanın bu çıxışı sosial şəbəkələrdə ciddi tənqidlərə və iradlara yol açıb. Sosial şəbəkə istifadəçiləri insanların çətin sosial durumda olduğu bir vaxtda efirdən belə fikirlərin səsləndirilməsini qəbul etməyiblər. Üstəlik, belə çıxışların gənc nəslin tərbiyəsinə və dünya görüşünə mənfi təsir göstərdiyini bildiriblər.
OXU24.COM xəbər verir ki, məsələ ilə bağlı Xalq artisti Əbdül Mahmudovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, sənəti və səsi olmayan Vəfakimilərin bu cür hərəkətləri başa düşüləndir:
Xalq artisti fikrini inkişaf etdirərək onu da dedi ki, günah Vəfa Şərifovada deyil:
"Günah onu efirə buraxandadır. Nə yazıq ki, bu gün televiziyaların qapısı karvansara qapısına dönüb. Kim istəyir pulunu verib efirə çıxıb özünün döşünü başını, atını-itini, avtomobilini reklam edir. Televiziyaların nə efir siyasəti var, nədə ki, onlara "dur"deyən. Kim nə istəyir efirdən üfürür. Son nəticədə günah Azərbaycan xalqındadır. Xalq bu cür həssas məslələrə konkret və kəsərli münasibət bildirməli, həmin müğənnini və yaxud televiziyanı baykot etməlidir".