Azərbaycanda Ramazan ayı başlayıb
23-03-2023, 09:19
48

Azərbaycanda Ramazan ayı başlayıb







Azərbaycanda Ramazan ayı başlayıb.
Ramazan ayının ilk günü miladi təqvimlə 2023-cü il martın 23-dür.
Belə ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib. QMİ fətvada bəyan edib ki, İdarənin müvafiq sorğusuna əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14.12.2022 tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 23-nə təsadüf edir.
İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

Oxşar xəbərlər