"Avtoşluq" edib videosunu paylaşan sürücü TUTULDU
31-10-2022, 11:04
40

"Avtoşluq" edib videosunu paylaşan sürücü TUTULDU

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
 
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
 
Bildirilib ki, rayon sakini Ramazan Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.
 
Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb.

Oxşar xəbərlər