Ermənistanda ev alan Azərbaycan vətəndaşları kimdir? - ŞOK AÇIQLAMA
16-12-2022, 18:05
53

Ermənistanda ev alan Azərbaycan vətəndaşları kimdir? - ŞOK AÇIQLAMA




Azərbaycan vətəndaşları Ermənistanda mülk alıblar.
Ermənistanın Kadastr Komitəsinin sədr müavini Arman Petrosyan jurnalistlərə Ermənistanda daşınmaz əmlaka sahib olan Azərbaycan və Türkiyə vətəndaşları barədə danışıb.
 
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə vətəndaşlarının iştirakı ilə aparılan daşınmaz əmlak əməliyyatlarının faizi azdır. “Türkiyə vətəndaşlarının sayı  100-dən az, Azərbaycan vətəndaşlarında isə ondan azdır. Onlar milliyyətcə azərbaycanlı deyillər”, - Petrosyan bildirib.
 
Ermənistanda qeydiyyatda olan 450 min mənzil var. Türkiyə vətəndaşlarının, məsələn, 50 mənzili varsa, bu “təhlükəsizlik baxımından heç bir narahatlıq yaratmır”, deyə  Petrosyan  qeyd edib.
 
Tərcümə: Aynurə Məcidova

Oxşar xəbərlər