Yanvar ayında Azərbaycandan ən çox neft idxal edən ölkələr bəlli oldu
17-02-2026, 10:00
59

Yanvar ayında Azərbaycandan ən çox neft idxal edən ölkələr bəlli oldu

 
Cari ilin yanvar ayında Azərbaycan 2,643 milyon ton həcmində xam neft və neft məhsulları ixrac edib ki, bunun ümumi dəyəri 1,238 milyard ABŞ dollarından çox olub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb. Bununla yanaşı, fiziki həcmdə ixrac 818 min ton və ya 23,6% artıb.
Cari ilin yanvar ayında Azərbaycan neftinin əsas üç idxalçısı sırasında birinci yeri İtaliya tutur (1,848 milyon ton – 861,7 milyon ABŞ dolları), ardınca Rumıniya (197,1 min ton – 93,7 milyon ABŞ dolları) və Portuqaliya (93,6 min ton – 44,3 milyon ABŞ dollarından çox) gəlir.
Cədvəldə 2026-cı ilin yanvar ayında Azərbaycandan xam neft və neft məhsulları idxal edən 10 ən böyük ölkə göstərilib.
Ölkə
İdxal həcmi
İdxal dəyəri (ABŞ dolları)
İtaliya
1 847 915,54
861 652 230
Rumıniya
197 053,85
93 673 990
Portuqaliya
1 122 055,58
44 337 000
Almaniya
91 294 060
43 249 210
Xorvatiya
86 166 170
40 819 950
Çexiya
82 403,50
38 454 490
Bolqarıstan
78 494,85
37 415 050
Tunis
61 269,98
29 498 760
Türkiyə
41 761,71
19 543 440
İndoneziya
38 554,41
17 866 200
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə nəql dayandırılıb.

Oxşar xəbərlər