Mədəniyyət sahəsində maaşlar çox aşağıdır - Qənirə Paşayeva
10-11-2022, 14:34
49

Mədəniyyət sahəsində maaşlar çox aşağıdır - Qənirə Paşayeva

Mədəniyyət sahəsində maaşlar çox aşağıdır - Qənirə Paşayeva 
"Mədəniyyətin bəzi sahələrində əməkhaqları çox aşağıdır, bununla bağlı tədbirlər görməliyik".
 
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında deyib.
 
“Biz mədəniyyət sahəsindən danışanda çox adam burada müğənniləri, şou aləminin nümayəndələrini nəzərdə tutur. Amma mədəniyyət nümayəndələrini düzgün qiymətləndirmək və stimullaşdırmaq lazımdır. Mədəniyyət sahəsinə gedənlərin sayı azalır. Ona görə də mədəniyyət sahəsinin bir sıra yerlərində çalışan gənclərin güzəştli ipotekadan yararlanmasına şərait yaradılmasını təklif edirəm”,- deyə komitə sədri vurğulayıb.

Oxşar xəbərlər