İlkindən Rövşanəyə sərt sözlər:Səsini kəssin, otursun yerində!
11-04-2023, 17:10
45

İlkindən Rövşanəyə sərt sözlər:Səsini kəssin, otursun yerində!




Əməkdar artist İlkin Əhmədov onu efirə buraxmayan Rövşanə Bektaşini sərt tənqid edib.
 
O, OLAY-a özəl açıqlamasında bu fikirləri səsləndirib:
 
“Buraxmadı da, neyləyim? Bir az gecikmişdim, Məni verilişə saat 09:00-da çağırmışdılar. Səhər tezdən tıxac olduğu üçün verilişə 25 dəqiqə gecikdim. Dedi ki, efirə buraxmıram. Mən də sakitcə dedim ki, lap yaxşı. O, qadındır da, danışsın. Mən ona nə deyəcəyəm? Xalqın adından danışmasın. Özünə qarşı bunu hörmətsizlik hesab edə bilər. Bəlkə də hörmətsiz bir insandır. Amma xalqın adından, ümumi olaraq televiziyanın adından danışmağa haqqı, cəsarəti yoxdur. Qadın olmasaydı, onunla başqa bir istiqamət götürərdim və cavabını da yaxşı alardı. Sadəcə başından böyük danışmasın ki, İlkin xalqa, dövlətə hörmətsizlik edir. Səsini kəssin, otursun yerində!

Oxşar xəbərlər