"Müğənnilər Rusiyaya gəlib, buranı elə günə qoyub ki..." - Rəqsanə
12-04-2021, 12:46
60

"Müğənnilər Rusiyaya gəlib, buranı elə günə qoyub ki..." - Rəqsanə




"Müğənnilər Rusiyaya gəlib, buranı elə günə qoyublar ki, adam əlinə mikrafon almağa utanır".
 
Musavat.com bildirir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə yazıb. Sənətçi Rusiyaya üz tutan həmkarlarını sərt şəkildə tənqid edərək, yazıb:
 
"Bu axşam "İnstagram" hesabımda canlı yayım açacam. Axşam hər şeyə aydınlıq gətirəcəm".
 
Qeyd edək ki, pandemiya səbəbindən ötən ilin mart ayından ölkədə toylar keçirilmir. Toylarsız qalan əksər müğənnilər qazanc dalınca Rusiyaya üz tutublar. Onların arasında Fədayə Laçın, Şəbnəm Tovuzlu, Xəyyam Nisanov, Zemfira İbrahimova və digərləri var.

Oxşar xəbərlər