Yazıçı Azər Abdulla koronavirusdan vəfat edib
22-03-2021, 14:00
82

Yazıçı Azər Abdulla koronavirusdan vəfat edib




Yazıçı Azər Abdulla koronavirusdan vəfat edib
Yazıçı Azər Abdulla COVID-19-dan dünyasını dəyişib.
 
Bu barədə "Report"a a açıqlamasında onun oğlu, yazıçı Alpay Azər məlumat verib.
 
O bildirib ki, atası ötən gün vəfat edib: "Xəstəliyi ağır keçirirdi. 20 günə yaxın xəstəxanada müalicə aldı, amma onu itirdik".
 
Yazıçı özünün vəziyyətinin yaxşı olduğunu vurğulayıb.
 
Qeyd edək ki, mart ayının əvvəli ata-oğul hər ikisi koronavirusa yoluxmuşdu. A.Abdulla vəziyyəti ağır olduğu üçün Yeni Klinikaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.
 
Allah rəhmət eləsin!

Oxşar xəbərlər