SON DƏQİQƏ! Hava limanında tutulan şəxs görün kimi öldürüb ölkədən qaçırmış
9-12-2022, 14:49
90

SON DƏQİQƏ! Hava limanında tutulan şəxs görün kimi öldürüb ölkədən qaçırmış




Noyabrın 17-də Şəmkir rayonunun Çaylı kəndi ərazisində rayon sakini Yalçın Məmmədovun baş və ayaq nahiyəsində xəsarətlər olan meyitinin tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun “VAZ-2016” markalı avtomobillə vurulması nəticəsində hadisə yerində öldüyü müəyyən olunub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib.

Oxşar xəbərlər