Vətəndaşlara 5 il müddətində birdəfəlik müavinətlər veriləcək-QANUN
9-12-2022, 19:40
54

Vətəndaşlara 5 il müddətində birdəfəlik müavinətlər veriləcək-QANUN




Milli Məclisin iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edildi.
Dəyişikliyə əsasən, birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir.
Bununla da azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.

Oxşar xəbərlər