Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib
13-06-2025, 21:56
20

Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlibAzərbaycanın 2 sərbəst güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

Rəvan Həsənzadə (48 kq) polşalı Przemislav Mrozekə 7:0 hesabı ilə, slovakiyalı Attila Hegedusa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala adlayıb. Rəvan yarımfinalda türkiyəli Sadık Ateşoğullarından güclü olub - 6:2. Həsənzadə sabah finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşacaq.

Ruslan Əlizadə (55 kq) slovakiyalı İvan Jaksıka tam üstünlüklə (10:0), belaruslu Qleb Piatrova isə 4:2 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ruslan yarımfinalda ermənistanlı Armen Papikyana gücünü göstərib - 8:4. Əlizadə finalda rusiyalı Maxaç Abdullayevlə güləşəcək.

Oxşar xəbərlər