İdman
15-07-2024, 09:14
138
Millimizin üzvü Avropa çempionatının ən dəyərli oyunçusu seçildi
Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisinin basketbolçusu Angelina İsmayılova Avropa çempionatının ən dəyərli oyunçusu (MVP) seçilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Qeyd edək ki, C divizionunda yer alan yığmamız finalda Kipri 69:52 hesabı ilə məğlub edərək Avropa çempionatının qalibi adını qazanıb.


