Yaşar Vahabzadə istefaya göndərildi
29-08-2022, 13:58
160

Yaşar Vahabzadə istefaya göndərildi

Gəncənin “Kəpəz” klubu baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Y.Vahabzadə ilə yanaşı, onun köməkçiləri də komandadan göndərilib.
 
Gəncə təmsilçisinin açıqlamasında bildirilib: “Klubumuzun rəhbərliyi əsas komandanın baş məşqçisi Y.Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Y.Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib”.
 
Y.Vahabzadə 2019-cu ildən “Kəpəz”i çalışdırırdı.
 
Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və komanda sonuncu - 10-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər