Gənc qız 8-ci mərtəbədən yıxılaraq ÖLDÜ
11-10-2022, 09:34
55

Gənc qız 8-ci mərtəbədən yıxılaraq ÖLDÜ

Gənc qız 8-ci mərtəbədən yıxılaraq ÖLDÜ
Bakının Nərimanov rayonunda bədbəxt hadisə zamanı 18 yaşlı qız dünyasını dəyişib.
 
Hadisə Koroğlu Rəhimov küçəsində baş verib.
 
2004-cü il təvəllüdlü Heydərova Fidan Rüfət qızı yaşadığı binanın 8-ci mərtəbəsində yerləşən mənzilin eyvanında paltar asarkən yerə yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər