Lotu Qulinin qardaşı saxlanıldı
30-08-2022, 15:43
43

Lotu Qulinin qardaşı saxlanıldı

Rusiyada "Albert Rıjıy" kimi tanınan “qanuni oğru” Əli Heydərovun qətlində şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.
 
Bu barədə məlumatı “REN TV” yayıb.
 
Xatırladaq ki, kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvada güllələnib. Polis həmin gün qətli törədən şəxsi saxlayıb. Tutulan şəxsin Mətləb Sultanov adlı azərbaycanlı olduğu məlum olub. 
 
Qeyd edək ki, Namiq Səlifov kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşıdır. O, “qanuni oğru” adını 2013-cü ildə İstanbulda alıb.

Oxşar xəbərlər