DİN məlumat yaydı: Ölənlər var
30-01-2023, 11:47
52

DİN məlumat yaydı: Ölənlər var




Dünən saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb. Bu barədə  DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, nəticədə sərnişinlər - Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər