Terrorun yarım qoyduğu arzular - FOTOLAR
14-11-2022, 16:43
39

Terrorun yarım qoyduğu arzular - FOTOLAR

Terrorun yarım qoyduğu arzular - FOTOLAR
Ötən gün İstanbulun İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb. 
 
Suriya əsilli qadın tərəfindən törədilən qanlı terrorun qurbanları 1984-cü il təvəllüdlü Arzu Özsoy və onun 14 yaşlı qızı Yağmur Uçar, 1980-ci il təvəllüdlü Yusuf Meydan və azyaşlı qızı Ecrin Meydan, iki il əvvəl evlənən Adem Topkara və həyat yoldaşı Mukaddes Elif Topkaradır.  
 
Müəllim və qızının yarım qalan arzuları
 

 
Arzu Özsoy və qızı Yağmur Uçar həftəsonu gəzintisinə çıxıblar. Arzu Özsoy müəllim, qızı Yağmur isə liseyin 2-ci sinif şagirdi idi. Ana-bala tez-tez muzeylərə getməyi xoşlayırmışlar. Məlum hadisə gəzinti zamanı baş verib. 
 
Arzu Özsoyun atası Mehmet Özsoy bildirib ki, qızı və nəvəsi gəzintiyə çıxmaları barədə onlara məlumat verməyiblər:
 
"Qızım müəllim olduğu üçün yalnız tətildə qızı ilə vaxt keçirə bilirdi. Həmin gün ikisi də tək olub. Onların ikisinin də arzuları var idi. Deyəcək sözüm yoxdur, qızım əlimdən getdi. Lənət olsun terrora”. 
 
Yağmur Uçarın atası Nurettin Uçar “Diriliş Ertuğrul” serialında rol alıb. Aktyor qızının terror qurbanı olduğunu, bunu edənlərin tezliklə cəzalandırılacağını bildirib.  
 

Yusuf və qızı Ecrin Meydan 
 
Adana Ailə və Sosial Xidmətlər Müdirliyində çalışan Yusuf Meydan ailəsi ilə birlikdə qohumuna qız istəmək üçün İstanbula gedibmiş. Həftəsonu olduğu üçün Yusuf İstiqlal küçəsini gəzməyə çıxıb. Yusuf Meydan qızı Ecrinlə İstiqlal küçəsində gəzərkən partlayış olub. Hadisə zamanı ağır xəsarət alan ata və qızı vəfat ediblər.
 
Yusuf Meydanın dayısı oğlu Talip Ünal bildirib ki, onlar İstiqlal küçəsində gəzdikdən sonra Adanaya qayıdacaqdılar: 
 
“Qardaşıma üzük taxmağa getmişdilər. Qızı istəyib, dünən gecə gələcəkdilər. Lənət olsun terrora, onları bizdən aldılar”. 
 

Sevginin sonu...
 
Adem Topkara və həyat yoldaşı Mukaddes Elif Topkara 2020-ci ildə evləniblər. Cütlük bazar gününü Bəyoğluda keçirmək istəyib və alış-verişə çıxıb. İstiqlal küçəsində vitrinlərə baxarkən güclü partlayış olub, nəticədə ərlə arvad eyni anda ölüb. Onların bir azyaşlı övladları yadigar qalıb.
 


 

Oxşar xəbərlər