Türkiyə MN: "Əsəd rejimi xəstəxanaları bombalayıb"
22-03-2021, 13:56
74

Türkiyə MN: "Əsəd rejimi xəstəxanaları bombalayıb"



Türkiyə MN:
“Əsəd rejimi növbəti dəfə suriyalı dinc sakinlərə mərhəmətsiz hücum edib”.
 
Bunu Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.
 
“İdlib vilayətinin Atarib yaşayış məntəqəsindəki xəstəxanaya edilən top atışları ilə 1-i uşaq olmaqla 5 mülki şəxs rəjim tərəfindən qətlə yetirilib. Xəstəxananı vuraraq növbəti dəfə insanlıq əleyhinə cinayət törədən rejim 10 dinc sakini də yaralayıb”, - nazirlik bildirib.

Oxşar xəbərlər