HƏMAS bu addımı üçün Türkiyəyə təşəkkür etdi
30-08-2025, 16:09
103

HƏMAS bu addımı üçün Türkiyəyə təşəkkür etdi

 
HƏMAS Türkiyənin Fələstin xalqına dəstəyi ilə bağlı məlumat yayıb.
Bəyanatda Türkiyənin Qəzza zolağında İsrailin hücumlarına qarşı Fələstin xalqına verdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.
Həmçinin xarici işlər naziri Hakan Fidanın İsraillə ticarət əlaqələrini kəsməsi və hava məkanını təyyarələri üçün bağlaması ilə bağlı açıqlamasına da təşəkkür ifadə edilib.
Bəyanatda bu rəftarların İsrailin Fələstin xalqına qarşı cinayətlərini və davam edən hücumlarını ifşa etdiyi vurğulanıb.

Oxşar xəbərlər