
Dünya / Ölkə
17-11-2023, 09:49
111
İsrail ordusu Qəzzada daha bir xəstəxananı MÜHASİRƏYƏ ALDI

İsrail Müdafiə Qüvvələrinin (IDF) zirehli texnikası Qəzza zolağının şimalında yerləşən Əl-Əhli Baptist xəstəxanasını mühasirəyə alıb.
Publika.az xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) "X" sosial şəbəkəsində məlumat yayıb .
"İsrail tankları Qəzzada Əl-Əhli Baptist xəstəxanasını mühasirəyə alır və şiddətli hücumlar davam edir. Qızıl Aypara qrupları yaralılara çata bilmir", - deyə məlumatda bildirilir.
Oktyabr ayında Fələstin radikal HƏMAS hərəkatı İsrailin Əl-Əhli xəstəxanasını partlatmaqla hədələdikdən sonra idarə olunan raketlərlə vurduğunu bildirib. Lakin IDF bu hadisədə iştirakının olmadığını bildirib.