Putin yeni prezidenti təbrik etdi
31-10-2022, 11:05
47

Putin yeni prezidenti təbrik etdi

Putin yeni prezidenti təbrik etdi
Rusiya prezidenti Vladimir Putin Braziliyada keçirilən prezident seçkilərində qalib gələn Luiz İnasio Lula da Silvanı təbrik edib.
 
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 
 
"Hörmətli cənab Lula, prezident seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Ümidvaram ki, birgə səylərlə biz bütün sahələrdə konstruktiv Rusiya-Braziliya əməkdaşlığının daha da inkişafını təmin edəcəyik”, - təbrik mətnində deyilir.
 
Bundan əvvəl Braziliyada keçirilən prezident seçkilərində qalib gələn Luiz İnasio Lula da Silva xarici siyasətdəki istəklərindən danışıb və BMT Təhlükəsizlik Şurasının yeni tərkibində veto hüququnun ləğvinin tərəfdarı olub.

Oxşar xəbərlər