
Dünya
21-07-2025, 09:48
87
XVII əsrdə inşa edilmiş ən böyük taxta kilsə yandı
Almaniyanın Aşağı Saksoniya əyalətinin Klausthal-Tsellerfeld şəhərində yerləşən ölkənin ən böyük taxta kilsəsində yanğın baş verib.
Hadisə nəticəsində kilsənin bir hissəsi yanıb.
Yanğının tam söndürülməsi bir neçə saat çəkib. Polisin məlumatında yanğının qəsdən törədilməsinin ehtimal olunduğu və bu istiqamətdə istintaqın başlandığı bildirilib.





