Türkiyədə kimyəvi fabrik YANDI
28-11-2022, 16:01
68

Türkiyədə kimyəvi fabrik YANDI

Türkiyədə kimyəvi fabrik YANDI
Türkiyənin Dənizli vilayətinin Pamukkale rayonunda güclü yanğın olub.
Hadisə kimyəvi məhsullar istehsal olunan fabrikdə baş verib.
Bildirilib ki, hələlik yanğının baş verməsinin səbəbləri məlum deyil.
Məlumata görə, əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub, hazırda tədbirlər davam etdirilir. Genişmiqyaslı yanğın şəhərin müxtəlif ərazilərindən görünür.
Yaralanan və ya ölənlərlə bağlı məlumat yoxdur.

Oxşar xəbərlər