ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edin
15-06-2025, 23:15
16

ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edin

ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edinABŞ-nin İrandakı virtual səfirliyi öz vətəndaşları üçün bildiriş dərc edib.

Virtual nümayəndəliyin veb-saytında dərc olunan bildirişdə amerikalılara İranı tərk etmək tövsiyə olunub.

Səfirlik vətəndaşlarına İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədindən keçərək tərk etməyi təklif edib.

Bildirilib ki, amerikalılar Astara sərhəd-keçid məntəqəsinə yollanmazdan əvvəl Azərbaycan hökumətindən icazə almalı, Azərbaycana keçmək istəyən vətəndaşlar ABŞ-nin Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar.

Oxşar xəbərlər