
Dünya
13-06-2025, 21:55
117
Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb
Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də daxil olmaqla, həlak olmuş daha 1200 ukraynalının cəsədi Ukraynaya gətirilib.Bu barədə RBC-Ukrayna Hərbi Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahına istinadən məlumat yayıb.
"Görülən repatriasiya tədbirləri nəticəsində 1200 nəfərin cəsədi Ukraynaya qaytarılıb", - qərargahdan bildirilib.
Rusiya tərəfinin məlumatına görə, meyitlər Ukrayna vətəndaşlarına, xüsusən də hərbçilərə məxsusdur.



