
Dünya
11-06-2025, 14:00
18
Qubernator amerikalılara çağırış etdi: Ona təslim olmayın

Bu barədə o, xalqa müraciətində bildirib.
"Donald Trampın ən çox istədiyi şey sizin ona sadiq olmanız, susmağınız, eyni zamanda ortaq olmağınızdır. Ona təslim olmayın!", - deyə qubernator vurğulayıb.
O əlavə edib ki, Kaliforniya Ağ Ev liderinin yolunda ilk ola bilər, amma sonuncu deyil.
Xatırladaq ki, iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri hədəf almaq üçün keçirdiyi reydi etirazçılarla toqquşmaya çevrilib. Elə həmin gün Kaliforniya qubernatoru Qevin Nyusom Tramp administrasiyasının federal maliyyələşdirmədə mümkün kütləvi ixtisarlara cavab olaraq ştatın federal vergiləri ödəməkdən imtina edə biləcəyini deyib.